Koronavirus müalicəsi almaq üçün çayı üzərək keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Banqladeşli 35 yaşlı Abdul Hak adlı bir şəxs koronavirus müalicəsi almaq üçün Kuşiara çayını üzərək Hindistana keçib.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, çayı keçə bilsə də onu hindli polislər saxlayıblar.
Nayak adlı hindli polis bildirib ki, çayı keçən şəxsin yüksək hərarəti olub:
“Yaxşı görünmürdü. Koronavirusa yoluxduğunu, Hindistana müalicə üçün gəldiyini deyirdi. Onun çayın kənarından ayrılmasına icazə vermədik və Banqladeş Sərhəd Polisi ilə əlaqə saxladıq. İki qayıqla gəlib həmin şəxsi geri apardılar”.
Abdul Hakın sonrakı taleyi haqqında məlumat verilməyib.
Oxşar xəbərlər
Koronavirusla mübarizə aparan həkim və polislər oruc tuta bilərmi? - Pandemiya dövründə Ramazan şərtləri
Azərbaycanda müqəddəs Ramazan ayının ilk günü aprelin 25-nə təsadüf edəcək. Bu tarixdən etibarən ölkəmizdəki müsəlmanlar müqəddəs ayın vacib göstərişlərindən bi...