“Koroğlu”da yaşanan ənənəvi xaos -VİDEO XƏBƏR

“Koroğlu”da yaşanan ənənəvi xaos -VİDEO XƏBƏR
Video
Sosial 1505

Bakı metrosunun “Koroğlu” stansiyasının qarşısında yenə də pik saatlarda nəqliyyat xaosu yaşanır.

BAKU.WS-in məlumatına görə, Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, yaranan vəziyyətə görə hamı bir birini günahlandırır.

"Avtobus burda saxlayır, burda da minirik. Heç dayanacaqda minən yoxdur"- şəhər sakini gileylənir

Digər sakin isə taksi sürücülərini günahlandırır: "Bu tıxacın yaranmasına səbəb avtobuslar deyil, burda dayanan taksilərdir".

Saat 7-8 radələrinə yaxınlaşdıqca buradakı gərginlik də artır. Hami evinə tələsir, buna görə vətəndaları həyatı təhlükəsi bahasına olsa da yolun ortasında görürük.

Saat 18:30 radələrində isə sıxlıq daha da artır. Yolun əks tərəfində hərəkəti tənzimləmək üçün, BNA-nin əməkdaşları çalışsa da, digər tərəfdə hər hansı bir əməkdaşa rast gəlinmir.

Ərəzidəki problemi çəkib göstərməyimiz ilk deyil, amma hər dəfə ümid edirik ki, bu sonuncu olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər