Gözümüzü yolda qoyan avtobus marşrutları - VİDEO
Paytaxt ərazisində və ya şəhər kənarlarına hərəkət edən avtobus marşrutlarının hərəkətindəki problemlər, hələ də özünü göstərməkdə davam edir.
BAKU.WS-in məlumatına görə, Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, avtobusların qrafikdən kənar olaraq həddən artıq gecikməsi, sakinlərin dayanacaqlarda uzun müddət gözləməsinə və vaxt itkisinə səbəb olur. Avtobus gəldikdən sonra isə basabas başlayır. Gedəcəkləri məkana tez çatmaq istəyən hər kəs avtobusda özünə yer etməyə çalışır. Bu mənzərə özünü pik saatlarda daha aydın şəkildə biruzə verir.“Hər gün səhər eyni problemlə rastlaşırıq. Saatlarla dayanacaqda gözlədiyimiz vaxtlar olur”, deyə şəhər sakini əlavə edib.“Avtobuslar gec-gec gəlir, buna görə də çox sıxlıq yaranır. Şikayət edirsən gəlib baxırlar, iki gün düzəlir sonra yenə eyni şey…”, - digər bir sakin vurğulayır.Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, yaranan sıxlığın səbəblərindən biri iş saatlarının demək olar ki, bütün idarə və təşkilatlarda eyni olmasıdır. Bundan əlavə süni yaradılan manelər də sıxlığa zəmin yaradır. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, sürücülərin zolaqların tələbinə uyğun hərəkət etməməsi, sürət həddinin düzgün seçilməməsi magistral yollarda sıxlıq yaradır. Digər səbəblərdən biri isə xəbərdarlıq edilmədən yollarda aparılan təmir işləridir.Hər halda bütün bunların fonunda itirən ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdir. Ümid edirik ki, bu problem tezliklə öz həllini tapacaq...
Oxşar xəbərlər
"BakuBus"ın mətbuat katibi: Taksi sürücüləri avtobusların hərəkətlərini dayandırır (VİDEO)
“BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev ötən gün “Əhmədli” metrostansiyasının qarşısında yaranan nəqliyyat sıxlığının yaratdığı mənzərə ilə b...