Könüllü gənclərdən ehtiyaclı ailələrə möhtəşəm dəstək – 2830 ailəyə ərzaq paylandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiya səbəbindən tətbiq edilən karantin rejimi müddətində bir çox ailələr maddi sıxıntı ilə üzləşib.
BAKU.WS xəbər verir ki, bu çətin günlərdə istər dövlət qurumları, istərsə də könüllü gənclər aztəminatlı ailələrə dəstək göstərmək üçün böyük birlik nümayiş etdirirlər.
Belə qruplardan biri könüllü gənclərdən formalaşmış “Biganə Qalma” adlı bir qrupdur. Evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödmək məqsədi ilə yardım aksiyasına start veriblər. Mart ayının 31-dən elan olunan xeyriyyə aksiyasının hesab nömrəsinə toplanan ianə ilə 31 mart - 12 aprel tarixlərində Bakı və digər rayonlarda ümumilikdə 2830 ailəyə ərzaq yardımı çatdırılıb. Cəmiyyətdən də böyük dəstək görən bu sosial yardımlaşma aksiyasına bu günə qədər 73 min 445 manat xərclənib.
Təşkilatçıların verdiyi məlumata görə, son günlərdə 2500-dən çox yeni müraciət daxil olub. Həmin müraciətlərin araşdırılması və yardım edilməsi üçün yeni müraciətlərin qəbulu dayandırılıb.
Qeyd edək ki, “Biganə qalma” adlı aksiya ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub. Ümumilikdə 20-30 gəncdən ibarət komanda ərzaq ehtiyatını çatdırdığı ailələrin sağlamlığını qorumaq məqsədi ilə gərəkli olan tədbirlərə də xüsusi nəzarət edir.
Hər gün edilən yardımların hesabatı aksiyanın sosial şəbəkədəki səhifəsində ətraflı və şəffaf şəkildə paylaşılır. Aksiya Bakı və ətraf qəsəbələrlə yanaşı bölgələri də əhatə etməyə başlayıb. Təşkilatçılar yardım aksiyasının ianə toplandıqca baş tutacağını bildiriblər. Yardım aksiyasına qoşulmaq istəyən şəxslər aşağıda qeyd olunan hesab nömrəsinə yardım köçürə bilərlər. Aksiya barədə daha ətraflı və gündəlik hesabat xarakterli foto və videolarla tanış olmaq üçün Facebook və Instagram sosial şəbəkəsində yaradılan səhifədən izləmək mümkündür:
https://facebook.com/biganeqalmahttps://instagram.com/biganeqalma
“Biganə qalma” aksiyasına yardım üçün hesab nömrəsi:
MilliÖn terminalı və ya MilliÖn mobil app vasitəsilə:
Bank xidmətləri - Kapital Bank
Kart nömrəsi: 4169733212602887 (Adil Abdullayev)
Veb saytdan ödəniş: https://www.million.az/attributes/KapitalBankKartaMedaxil
Kart növü Visa Classic
Card-to-card:Kart nömrəsi: 4169733212602887
Alıcı: Adil Abdullayev
Qalereya
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...