Konnect QSC-dən ”Bayram Sovqatı” kampaniyası - FOTO

Konnect QSC-dən ”Bayram Sovqatı” kampaniyası - FOTO
Foto
Sosial 126

Qurban bayramının sevincini yaşadığımız bu günlərdə, Konnect QSC dayanışma və yardımlaşma ruhunu bir daha nümayiş etdirdi.

Şirkət, tərəfindən təşkil edilən ”Bayram Sovqatı” kampaniyası çərçivəsində, bir çox ailə təbrik edildi və onlara bayram sovqatları çatdırıldı. Konnekt brendi eyni zamanda ölkəmizin ən uzun ömürlü vətəndaşlarından biri, Müharibə və əmək veteranı, Müharibə, Əmək və “Silahlı Qüvvələr Veteranları Təşkilatı”-nın sədri Fatma Səttərovaya da bayram sovqatını çatdıraraq təbrik etdi.

Qeyd edək ki, Konnekt QSC mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkərək onlara brend adından sovqatlar təqdim edir.

Davamlı olaraq həyata keçirilən bu layihə aztəminatlı ailələrə dəstək olma məqsədi daşıyır.

Nəzərinizə çatdırmaq istərdik ki, Konnekt QSC, 2005-ci ildən telekommunikasiya infrastrukturunun inkişafı, kabel şəbəkələri və internet xidmətləri üzrə fəaliyyət göstərir. Konnekt QSC, texnologiyaların inkişafına əsaslanaraq, Azərbaycanın telekommunikasiya sektorunda təcrübə və bacarıqlarını sürdürməklə, müştərilərinə effektiv və müasir telekommunikasiya həlləri təklif edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər