Komissiya sədri: Söyüdlüdə şirkətə istismarın müvəqqəti dayandırılması təklif edilib, razılıq əldə olunub

Komissiya sədri: Söyüdlüdə şirkətə istismarın müvəqqəti dayandırılması təklif edilib, razılıq əldə olunub
Sosial 54

Süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, mövcud tullantı anbarının istismar müddətinin 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib:

“Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər