KOBİA ötən ili mənfəətlə başa vurub
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2023-cü ili 562 min manat mənfəətlə başa vurub. Halbuki, 2022-ci ildə agentliyin gəlirləri və xərcləri eyni olmuşdu.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən il KOBİA-nın gəlirləri 25,235 milyon manat (əvvəlki ilə nisbətən 45,8 % az) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri isə 24,673 milyon manat (illik müqayisədə 47 % az), o cümlədən istifadə etdiyi materialların dəyəri 1,14 milyon manat (33,5 % çox), işçi heyəti üzrə xərcləri 12,026 milyon manat (9,3 % çox), amortizasiya xərcləri 907 min manat (18,1 % çox), digər əməliyyat xərcləri 10,598 milyon manat (3,2 dəfə az), sair əməliyyat xərcləri isə 2 min manat (46,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 44,342 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,9 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 25 % azalaraq 13,424 milyon manata düşüb, balans kapitalı isə 4 % artaraq 30,917 milyon manata çatıb.
Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...