Kirayə qaydasında satılan mənzil bazarında canlanma gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
Kirayə mənzillərlə bağlı əsas çatışmazlıqlardan biri mənzilin üç ildən tez rəsmiləşdirilməsinin qeyri-mümkünlüyü idi.
BAKU.WS-in məlumatına görə, Əmlak eksperti Elnur FərzəliyevTrend-ə açıqlamasında bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasında edilən dəyişikliklə bu öhdəlik ləğv olunub. Vətəndaş istənilən vaxt mənzili öz adına rəsmiləşdirə bilər.
"Həmin bina komplekslərində yerləşən mənzillərin qiyməti vətəndaşlar üçün əlverişlidir.
Elə şəxslər var ki, həmin binalardan mənzili nağd almaq istəyir, bəziləri isə kirayə yolla aldığı mənzili bir müddət sonra satıb kreditini bağlamaq istəyir.
Lakin bu, üç il müddəti sona çatmadan mümkün deyildi, yəni mənzil sahibi üç ildən tez mənzili sata bilmirdi. Artıq bu qadağa götürülüb. Bütün bunlar daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq", - deyə ekspert bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Dəyişikliyə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.
Kirayəyə verənin yazılı razılığı ilə kirayə müddətində istənilən vaxt kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər.
Oxşar xəbərlər
Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Mənzil bazarında qiymətlər necədir? - ARAŞDIRMA
Özümüzü ən yaxşı və rahat hiss etdiyimiz məkan, sözsüz ki, evimizdir. İstər tək və sakit həyat tərzi keçirmək istəyənlər, istər yeni evli cütlüklər, istərsə də...