Kirayə mənzil yolu ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
İpoteka və Kredit Zəmanət Fondu yeni tenderin nəticələrini açıqlayıb. Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində yaşayış sahələrinin alınmasına dair elan olunmuş açıq müsabiqə başa çatıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, müsabiqənin qalibi "Maksimus" MMC seçilib.
Şirkət bu çərçivədə 68,7 milyon manatlıq ödəniş alacaq.
Alınacaq mənzillərin Sumqayıt şəhərində yerləşəcəyi bildirilir.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ilin sonlarında "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi yolu ilə formalaşdırılıb və həmin qurumların hüquqi varisi kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir
Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. BAKU.WS xəbər verir ki, bu barə...