Kibertəhdidlərə qarşı mübarizə yeni fəaliyyət istiqaməti kimi müəyyənləşib - DTX
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət başçısının 2021-ci ilin 17 aprel tarixli Fərmanı ilə kritik informasiya infrastrukturu təhlükəsizliyi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə yeni fəaliyyət istiqaməti kimi müəyyən edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın təqdimat mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, bununla əlaqədar DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb və qabaqcıl təcrübələr əsasında inkişaf etdirilir.
“Kritik informasiya infrastrukturlarının kibermüdafiə vəziyyətinin gücləndirilməsi təhlil edilib. Tərəfimizdən həyata keçirilən xüsusi təyinatlı kiberəməliyyat tədbirləri nəticəsində, Azərbaycan Silahlı Qüvvələrinə zəruri dəstək verilib. Vətən müharibəsi dövründə göründü ki, bütün qurumlar bir yerdə çalışdılar və bu sahədə güclərini bir istiqamətə yönəltdilər”, - İlqar Musayev qeyd edib.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "Azərbaycanda kibertəhdidlərə hazır olan bir cəmiyyət qurmalıyıq"
"Dünyada baş verən rəqəmsallaşma bizi bir sıra çağırışlarla üz-üzə qoyur". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri...