İki rayon qazsız qalacaq

03
may
2018
10:14
Diametri 1220 mm-lik "Astara-Qazıməmməd" maqistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq.Bu barədə BAKU.WS-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.BAKU.WS
Oxşar xəbərlər
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Sabah səhər saatlarından Bakı şəhər Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.Azəriqaz İB-dən BAKU.WS-ə verilən məlumata görə, isti...
