İki ağır xəstəliyi olan Zəhranın anası: “Dərman olmayanda sakitləşməkçün özünə layla oxuyub yatır” -FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
12 yaşlı Zəhra iki ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Aygün Əlizadə məlumat verib.
O qeyd edib ki, övladı Nuriyeva Zəhra Hüccət qızı həm autizmdən, həm də serebral iflicdən əziyyət çəkir:
“Biz Lənkəranda yaşayırıq. Beş övladım var. Onlardan ən böyüyü Zəhradır. Onun iki ağır xəstəliklə mübarizəsi, həqiqətən, bir ana olaraq məni məhv edir. Qızımın vəziyyəti günü-gündən ağırlaşır. Sonuncu dəfə 2021-ci ildə pul tapıb onu həkimə apara bilmişdim. Dərmanlarını almağa maddi cəhətdən gücüm çatmadığı üçün məcburiyyət qarşısında qalıb yarımçıq dayandırmışam. Bu isə onun səhhətini ağırlaşdırır. Dərmanları olmayanda sakitləşə bilmir. Gecələr yatmaq üçün yerinin içində yırğalanıb özünə layla oxuyur. Zəhranın baş beyni yenidən MRT olunmalıdır, həm də autizmlə bağlı həkimin qəbuluna getməliyik.Dərmanları isə bizə baha başa gəlir. İmkanı olan şəxslərdən bizə bu müayinə və müalicəni qarşılaya bilməyimiz üçün kömək etmələrini xahiş edirəm. Bizə bunun üçün 1 000 manat pul lazım idi. Bu pulun 500 manatı yardımsevər insanların dəstəyi ilə yığılıb. 500 manat əskiyimiz qalıb.
Ailə ilə əlaqə: (051) 506-91-02
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...