Keşlə bazarının qarşısındakı dairə ləğv ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, əsas məqsəd, yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada əlçatanlığının təmin olunmasıdır.
Layihənin icrası zamanı həyata keçiriləcək dəyişikliklər aşağıdakılardır:
- “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq;
- Yeni “cib” tipli parklanma yerləri yaradılacaq;
- Eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq;
- Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək;
- Avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaq;
- Ziya Bünyadov prospekti ilə kəsişmədə dairə ləğv edilərək “Çermet körpüsü”nün altında hərəkət bir istiqamətli təşkil ediləcək. Bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaq.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev BNA rəhbərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki, son illər şəhər nəqliyy...