Kəmaləddin Heydərov Tibb Mərkəzinə yeni rəis təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis təyin edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Amaliya Məmmədova təyin olunub.
Qeyd edək ki, bu ilin may ayında Arzu Yusifova FHN Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Mərkəzin yeni rəisi Amaliya Məmmədovanın da onun rəfiqəsi olduğu deyilir.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad olunub, yerinə tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova təyin olunmuşdu. Vəfa Dadaşova, həmçinin ötən ilin may ayında Tibb Xidmətinin rəisi vəzifəsinə gətirilmişdi. O, 2025-ci ilin mart ayında hər iki vəzifəsindən istefa verib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...