Kəlbəcərdə yaralanan AzTV əməkdaşı xəstəxanadan evə buraxıldı

Kəlbəcərdə yaralanan AzTV əməkdaşı xəstəxanadan evə buraxıldı
Sosial 194

Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, E.Məmmədovun sözlərinə görə, yüngül yaraları var və dünənki partlayışda həlak olan Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət etmək üçün bu gün Bakıya gələcək.

Qeyd edək ki, ötən gün səhər saatlarında azərbaycanlı jurnalistləri daşıyan maşın Kəlbəcərin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhid jurnalist dəfn edilib - YENİLƏNİB - FOTO

Şəhid jurnalist dəfn edilib - YENİLƏNİB - FOTO

Kəlbəcərdə minaya düşərək həlak olan Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov dəfn edilib. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, vida mə...

417 Sosial 13:33 05 iyun 2021

Son xəbərlər