Kəlbəcər sakinləri: İllərlə buranın həsrətilə yaşamışıq
Yolumuz işğaldan azad edilən Kəlbəcərədir.
BAKU.WS xəbər verir ki, "Report" Kəbəcərdə Uğurluyevlər ailəsinin qonağı olub, reportaj hazırlayıb.
Rayonun sakini Azər Cəfərov deyir ki, bu gün Kəlbəcərdə hər şəraitləri var:
"Torpaq bizim üçün müqqəddəsdir, hər şeydir. Kəlbəcərdə doğulub 22 yaşına qədər burada olmuşam. Şükür Allaha öz torpaqlarımıza gəldik. Bu 30 il ərzində isə çox əziyyət çəkmişik. Allah dövlətimizi qorusun, şəhidlərimizin ruhu şad olsun. İndi yeni mənzillərdə yaşayırıq və gözəl şəraitimiz var".
Hikmət Uğurluyev illər əvvəl iki körpəsi ilə Kəlbəcərdən köçmək məcburiyyətində qalıb:
"Burdan məcburi köçkün düşəndən sonra Gəncədə məskunlaşdıq. İki körpəm vardı. Çox əziyyətlər çəkdik. Burdan elə üstümüzdə olan paltarlarla çıxmışdıq, heç nə götürə bilməmişdik. Piyada qarlı yollarla, zülmlə getməli olduq. İndi şükür Allaha hər şey öz qaydasındadır. Kəlbəcər günü-gündən gözəlləşir, həyat öz axarına qayıdır"
Evin xanımı Afaq Uğurluyeva illərlə Kəlbəcər həsrətində yaşadığını bildirir:
"O qədər buranın həsrətində olmuşam ki, hər yuxuya gedəndə buraya gələcəyim günün xəyalı ilə yatmışam. Mən torpağımı çox sevirəm və bu gün çox sevinirəm. Elə bil bu 30 ildə birinci dəfədir ki, həyata gəlmişik. Kəlbəcərin birinci ən balaca sakini isə mənim nəvəm Əlidir"
Kəlbəcər sakini İman İlyasov isə bu günlər üçün şükür edir:
"Bu günümüzə şükür, indi hər bir şəraitimiz var. Burda hər şey əladır. Allah ordumuzu qorusun, şəhidlərimizin ruhu şad olsun. Allah müzəffər Ali Baş Komandanımızı var etsin".
Oxşar xəbərlər
Bakı sakinlərinin istirahətinə niyə zəncir vurulur?
Bakıda yaşayış binalarının həyətləri barbad hala salınır, yaşıllıqlar məhv edilir. Həyətdə oturacaqlar qırılır, insanların istirahət yerləri dağıdılır. Bu barəd...