Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq

Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq
Sosial 58

"Bu günə görə Prezidentimiz İlham Əliyevə minnətdarıq".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu bu gün Ağdamın Kəngərli kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Raya Rüstəmova deyib.

O, torpaqların işğaldan azad edilməsinə görə şəhidlərin ruhuna ehtiramını ifadə edib:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu torpaqları onlar qan tökərək alıblar. Sevincimizin həddi, hüdudu yoxdur.

Kəndimizə qızımla qayıdıram. Dünyadan köçəndə də kəndimdə köçüm. Bu, mənim ən böyük arzularımdan biridir. Allah Prezidentimizi xalqımızın üstündən əskik etməsin. Dövlət başçımıza ailəsi ilə birlikdə uzun ömür, can sağlığı arzulayıram".

Son xəbərlər