Karantin rejimini pozan şəxs inzibati qaydada həbs edildi

Karantin rejimini pozan şəxs inzibati qaydada həbs edildi
Sosial 161

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 23-də Səbail rayonu Neftçilər prospekti 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina etmiş, səs-küy salmış, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır.

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilmişdir. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilmişdir.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuş və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilmişdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər