Karantin rejimini pozan 14980 nəfər inzibati məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər
Yol polisi karantin rejiminə əməl olunmasına belə nəzarət edir - VİDEO
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi ilə əlaqədar paytaxtın müxtəlif yollarında qurulan polis postlarında yoxlama...
