Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - QAYDALAR
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı məlumat yayıb.
Karantinin rejiminin yumşaldılmasına başlanılıb.
Qərarları qısa variantda təqdim edirik:
Karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb.
18 yanvardan SMS və portaldan icazə ləğv olunur.
Bərbərlər, mağazalar 25 yanvardan, restoranlar isə 1 fevraldan işləyəcək.
İctimai nəqliyyat həftəsonları işləməyəcək (ən azı aprelin 1-dək).
Metro işləməyəcək.
"Mall"lar, iri ticarət mərkəzləri işləməyəcək.
Təhsil ocaqları, kurslar və s. hələ ki, işləməyəcək (gələn həftə bununla bağlı brifinq olacaq).
Maskadan istifadə məcburidir.
18 yanvardan vaksinasiya başlayır.
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq.
Rayonlara gediş-gəliş 25 yanvardan bərpa olunur. Aşağıdakı ərazilər istisna:
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonu.
Operativ Qərargahın karantin rejimi ilə bağlı qərarının tam versiyası ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycanda sərt karantin rejimi yumşaldılır - VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. NK-dan BAKU.WS-ə verilən məlumatda bildirilib ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ...