Karantin qaydalarını kobud şəkildə pozan restoran rəhbərliyi CƏRİMƏLƏNDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
AQTA əməkdaşları tərəfindən İsmayıllı rayonunda fəaliyyət göstərən “Damla” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.
Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətinin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
Oxşar xəbərlər
“Xoşbəxt məkan” şadlıq sarayının sahibi cərimələnib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində fəaliyyət göstərən vəzifəli şəxs Şahverdiyev Rəşad Sabir oğluna məxsu...