Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən reydlərin birində vətəndaşın "Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm" reaksiyası müzakirələrə səbəb olub.
BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı Baku.Tv-yə bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:
“Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Tərtib edilən protokola görə qanunamüvafiq olaraq məhkəməyə müraciət etmək üçün 10 gün müddət verilir. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. 10 gün müddət tamam olanda əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır.
Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir”.
Ətarflı süjeti təqdim edirik:
Oxşar xəbərlər
DİN karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq etdi
Koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxma...