Kafedən gizli çəkiliş - Polis hərəkətə keçdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən kafe aşkar edilib.
Kafedə olanlardan 4 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub. Kafenin sahibi Şahin Məmmmədov barəsində isə protokollar tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Baş nazirdən vacib qərar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yar...