Jurnalistlərin ikinci binasındakı mənzillərə "kupça" veriləcək - RƏSMİ

Jurnalistlərin ikinci binasındakı mənzillərə kupça veriləcək - RƏSMİ
Sosial 279
Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərə bağışladığı mənzillərə çıxarışların verilməsi ilə bağlı açıqlama yayıb.Komitədən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, ölkə rəhbəri Möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcəkdir.

Son xəbərlər