Jurnalistlər pulsuz müayinədən keçiriləcək

18
iyl
2019
17:01
22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün KİV nümayəndələri üçün ödənişsiz ilkin terapevtik müayinə keçiriləcək.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, müayinəni "Apifioterapiya" Mərkəzinin həkimi fitoterapevt Elnur Eldaroğlu aparacaq.E.Eldaroğlu Trend-ə bildirib ki, aksiya 24-26 iyul tarixlərində keçiriləcək.Aksiyadan qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri,qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər.
Oxşar xəbərlər
Fazil Məmmədov reanimasiyaya yerləşdirildi
Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti yenidən pisləşib.BAKU.WS xəbər verir ki, Türkiyədəki mənbənin modern.az-a verdiyi məlumata görə, sabiq nazir bu...
