Alimlərdən yeni kəşf: doğum tarixi hansi xəstəlikdən xəbər verir?

13
apr
2018
09:38
ABŞ alimləri 1,7 milyon insanın sağlamlığı ilə doğum tarixini qarşılaşdıraraq inanılmaz nəticələr əldə ediblər.BAKU.WS Qaynarinfo-a istinadən xəbər verir ki, araşdırmalara görə doğum tarixi əslində xəstəlikləri də müəyyən edə bilir. Məsələn, may ayında dünyaya gələnlər daha çox xroniki xəstəliklərə tutulurlar.Kolumbiya Universitetinin professorları 1985-2013-də Nyu Yorkun Presbyterian xəstəxanasında müalicə alan 1,7 milyon insanın sağlamlıq məlumatlarını doğum tarixi ilə alqoritmik üsulla qarşılaşdırıblar.Nəticəyə görə, mart və aprel ayında doğulanların ürək-damar xəstəlikləri, oktyabr və noyabr ayında doğulanların isə nevroloji xəstəliklərə tutulma riski böyükdür. Bundan başqa, asma kimi bronxial xəstəliklər iyul və oktyabr aylarında doğulan, diqqətsizlik isə noyabr ayında doğulanlarda müşahidə olunur.Təcrübəni həyata keçirən Mary Regina Boland doğum tarixi və risklər arasındakı bağlantının ətraf mühitin təsiri ilə xəstəliklərin bioloji mexanizmi arasındakı əlaqəni ortaya qoyduğunu söyləyib. Gənc professor bu yeni üsulla həkimlərə xəstəliklərin müalicəsində kömək edə biləcəyini də bildirib.Təcrübənin nəticələri “Journal of American Medical İnformatics Association” jurnalında dərc olunub.BAKU.WS
Oxşar xəbərlər
Bu il Azərbaycana 2 milyona yaxın turist gəlib
Bu il Azərbaycana 1 818 258 xarici vətəndaş gəlib.BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi açıqlama yayıb. Məlumata görə, Azərbaycana ya...
