Almaz Ələsgərli: "Onun 5 arvadından biri mənəm, bundan həzz alıram" (VİDEO)
Əməkdar artist Almaz Ələsgərli "ARB Ulduz"da yayımlanan "Şou-məkan" verilişinə maraqlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, doğum gününü cah-cəlalsız, çal-çağırsız, sadəcə, dostları ilə bir araya gələrək keçirən Almaz Ələsgərli yaşının üstə yaş gəlsə də, o, bu dəfə nədənsə narahat deyil: "Mən doğum günümü piar etmədim. İstəmədim. Ancaq dostlarımla kiçik bir yığıncaq etdim. İnanın ki, mən onu istəmirdim. Bir tərəfdən qızım, o biri tərəfdən rəfiqələrim məni vadar elədilər ki, belə bir mərasim təşkil etdim. Pis də keçmədi. Dostlarım mənə çox dayaq oldular".
Daha sonra sənətçi bir çox məşhurların yaşlanmaq kimi olan qorxularından da söz açıb: "Artıq "25 yaş" az deyil. İllər ötüb. Ancaq demirəm ki, o illərə qayıtmaq istəyirəm. Həmin illəri artıq mən yaşamışam. Bir il də ömrümüzdən getdi. Buna görə bir az kədərlənirəm. İnanın, ilk doğum günümdür ki, mən göz yaşları tökmədim. Hər doğum günündə deyirəm ki, axı niyə ağlayıram? Həmişə kövrəlirəm".
Əməkdar artist ona doğum günündə verilən canlı hədiyyədən ürəkdolusu danışıb: "Siz bilirsiz ki, mən heyvanları çox sevirəm. Evimdə çalışan bir qadın var. O, mənə "papuqay" hədiyyə olaraq gətirdi. Mən hələ indiyə kimi bu cür sevinməmişdim. Mənim iki itim də var. Düşünürdüm ki, itlərim onu öldürəcək. Ancaq "papuqay" onların burnunu dişləyir".
Rol aldığı tamaşalardan da söz açan Almaz xanım maraqlı açıqlamar səsləndirib: "Mən Musiqili Teatrda aktrisa kimi çalışıram. Tamaşalarım çoxdur. Mənim "Amerikalı kürəkən" tamaşam var idi. Artıq oynanıldı. Noyabr ayında tamaşalarımız çox olacaq. "Baladadaşın toy hamamı"nda varam. Sonra "Molla Nəsirəddinin beş arvadı" tamaşında Molla Nəsrəddinin beş arvadından birini oynayıram. "Arşın mal alan"da Cahan xala obrazını canlandırıram. "Talelər qovuşanda" və "Bankir adaxlı" tamaşasında da rolum var. Müğənniliyim öz yerində, yüksək səviyyədə. Bilirsiz müğənnilik və aktrisalıq bir sənətdir. Onların ikisini bir yerdə tutmaq lazımdır. Nə ora gecikmək lazımdır, nə də bura. Ora çalışıram ki, gecikməyim. Bu iki sənətlə yaşayıram və həzz alıram".
BAKU.WS
Oxşar xəbərlər
Pərvin Abıyevadan Məhərrəmlikdə vur çatlasın, çal oynasın doğum günü partisi (FOTO/VIDEO)
Aktrisa Pərvin Abıyeva ötən gün 26 yaşına qədəm qoyub. BAKU.WS xəbər verir ki o, bu münasibətlə paytaxta yerləşən əyləncə məkanlarından birində özünə doğum gün...