Jurnalistlər Kəlbəcərdə mina partlayışları baş vermiş əraziyə səfər ediblər - YENİLƏNİB

Jurnalistlər Kəlbəcərdə mina partlayışları baş vermiş əraziyə səfər ediblər - YENİLƏNİB
Sosial 126

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin Kəlbəcər rayonuna - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə gəliblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, ərazidə jurnalistlərin müşahidəsi altında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri yerinə yetirilib.

Qeyd edək ki, jurnalistlərin Kəlbəcərə səfərinin məqsədi erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırılan ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Xatırladaq ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.

08.52

***09:30

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, məqsəd jurnalistləri erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırdıqları ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər