Jan-Klod Van Dammın azərbaycanlı gəlini: "Böyük mədəniyyət şoku yaşadım" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə evli olan Suada Hacızadə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, son bir neçə aydır artıq həyat yoldaşı ilə ABŞ-da yaşayan Suada rastlaşdığı maraqlı məqamları müntəzəm olaraq sosial şəbəkə izləyiciləri ilə paylaşır.
Suada qeyd edib ki, ABŞ-dakı yaşayışından çox məmnundur:
"Açıq fikirli, mehriban insanlar, kovboylar, möhtəşəm musiqi, azad ruhlu insanlar, fərqli dünya. Buradakı ilk ay böyük mədəniyyət şoku yaşadım, artıq ikinci aydır ki buradayam, özümü evdəki kimi hiss edirəm. Burada insan yeni küçələr kəşf etmədən, yemək yeyib muzeylərə getmədən də, olduğun ölkənin ab-havasına girə və rahatlaşa bilər. İnsanlar öz ölkələrinin mədəniyyətini müxtəlif yollarla əks etdirirlər və bu, gözəldir".
Xatırladaq ki, Suada Hacızadə ilə Kristofer 2021-ci ildə iyunun 17-də ailə qurublar.
Oxşar xəbərlər
146 avtobus ünvana GECİKİR
Paytaxt yollarında 63 marşrut xətti üzrə gecikmə müşahidə edilir. Vahid Dispetçer Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində...