İyunun 30-na gözlənilən hava proqnozu açıqlandı

İyunun 30-na gözlənilən hava proqnozu açıqlandı
Sosial 503

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Oxşar xəbərlər

Yaşı 50-ni keçənlərin DİQQƏTİNƏ! Risklər açıqlandı...

Yaşı 50-ni keçənlərin DİQQƏTİNƏ! Risklər açıqlandı...

Yaşı 50-ni ötən şəxslərdə müxtəlif xroniki xəstəliklərin yaranma ehtimalı əhəmiyyətli dərəcədə artır. Mütəxəssislərin sözlərinə görə, bu yaşdan sonra həm orqani...

63 Sosial 23:59 14 noyabr 2025

Son xəbərlər