İyul ayında 19 aptekdə nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Yoxlamaların 10-u planlı, 37-si plandankənar, biri isə yoxlamadan kənar təftiş xarakterli olub.
Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanmış, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.
Oxşar xəbərlər
Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar?
Son zamanlar saxta pullarla insanları aldatma halları diqqət çəkir. Həqiqi əsginaslardan ölçü və görünüş baxımından çox da fərqlənməyən bu pulların üzərində xır...