İstirahət parkı baxımsız vəziyyətdə: "Zibilin iyindən evdə yata bilmirik"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildiriblər ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Yay parkı" uzun müddətdir ki, baxımsız vəziyyətdədir.
Nəzarətsizlik səbəbindən ərazidə evsiz şəxslər gecələyir, park isə məişət tullantıları ilə doludur. Nəticədə, kəskin qoxu ətrafa yayılır və bu vəziyyət sakinlər üçün həm antisanitar, həm də təhlükə yaradır.
"Parkı təmizləmək lazımdır, amma təmizləyən yoxdur. Evsizlərin bütün zir-zibili buradadır. Natəmizlikdir, parka istirahət etməyə çıxmaq istəyirik, amma mümkün deyil", - sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib:
"Burada itin, evsizlərin, oğruların, narkomanların əlindən yaşamaq mümkün deyil. Zibilin iyindən evdə yata bilmirik. Buranı park vəziyyətinə salsınlar ki, camaat zibilxanadan qurtulsun".
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq tullantılardan təmizlənir.
Qurumdan həmçinin qeyd olunub ki, son müraciətlə əlaqədar hazırda ərazidə təmizlik işləri aparılır.
Oxşar xəbərlər
Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur
Abşeron rayonunun Hökməli kəndi yaxınlığında yerləşən, əhalinin sıx məskunlaşdığı ərazidə yol və kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub. Bu ba...