İstanbulda əhali gecəni küçələrdə keçirməyə planlaşdırır
Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlər hələ də davam edir.
BAKU.WS xəbər verir ki, əhali yeraltı təkanların qorxusundan çöllərə axışıb. Küçələrdə, partkalarda çadırlar qurulub və insanlar gecəni çadırlarda keçirməyə hazırlaşır.
Qeyd edək ki, İstanbulda saat 12:13-də baş verən 3,9 maqnitudalı zəlzələdən sonra üç saat ərzində daha 46 təkan baş verib. 1,6 maqnitudalı ən zəif təkan İstanbulun Silivri və Böyükçəkməcə bölgələrində, 6,2 maqnitudalı ən güclü təkan isə Silivridə qeydə alınıb. Zəlzələ ilə əlaqədar 150-dən çox insan xəsarət alıb.
İstanbuldan çəkilən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub
Ötən gün Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub. BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə təbiət hadisəsinin yaratdığ...