İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"İşləyən anaların övladlarının məktəbəqədər təhsilə cəlb edilməsi ilk növbədə prioritet olmalıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə verdiyi müsahibədə bildirib.
Nazir qeyd edib ki, hazırda Azərbaycan təhsil sistemində bu məsələ prioritet deyil. Məktəbəqədər təhsilə qəbul prosesi hələ də "kim birinci müraciət etdi" prinsipi ilə həyata keçirilir. Lakin, sistemin elektronlaşması sayəsində əvvəlki illərlə müqayisədə bu proses daha şəffaf və aydın şəkildə aparılır.
Emin Əmrullayev bildirib ki, işləyən anaların övladlarının məktəbəqədər təhsilə cəlb olunması ölkə iqtisadiyyatı baxımından əhəmiyyətlidir.
"Çünki övladları məktəbəqədər təhsilə cəlb olunan olan analar daha rahat işləyə bilirlər" , - deyə nazir vurğulayıb.
O, gələcəkdə bu sahədə müxtəlif modellərin tətbiqinin davam etdiriləcəyini və həmin modellərin genişləndirilməsinin vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...