İş axtaranların NƏZƏRİNƏ - Bu gün 11:00-dan 13:00-a kimi...
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan-Salyan Regional Məşğulluq Filialının təşkilatçılığı ilə 5 dekabr 2024-cü il tarixində Hacıqabul şəhərində geniş əmək yarmarkası keçiriləcək.
BAKU.WS xəbər verir ki, yarmarka saat 11:00-dan 13:00-a kimi İ.Qayıbov küçəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yarmarkada Hacıqabul rayonunda fəaliyyət göstərən 11 işəgötürən tərəfindən təqdim edilən 100 vakant iş yeri namizədlərə təqdim olunacaq. İş imkanları, vakansiyaların tələbləri və şərtləri barədə ətraflı məlumat tədbir zamanı veriləcək.
Əmək yarmarkasında iştirak etmək istəyənlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Həmçinin, CV nümunəsi ilə gəlmək namizədlər üçün əlavə üstünlük təşkil edəcək.
Ünvan: Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi (Heydər Əliyev Mərkəzi).
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....