İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşların təxliyəsi uğurla həyata keçirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ, Çin, Avstraliya, Vyetnam və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunublar. Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.
Vətəndaşların təhlükəsiz hərəkəti üçün xüsusi nəqliyyat vasitələri ayrılıb və onlar Bakı istiqamətində yola salınıblar.
Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Hazırda da əcnəbi vətəndaşların təxliyəsi ilə bağlı proseslər koordinasiyalı şəkildə davam etdirilir.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...