İrandan Azərbaycana külli miqdarda narkotiki keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Oxşar xəbərlər
ASCO-nun "Professor Gül" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Professor Gül" gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb. BAKU.WS ASCO-ya istinadən xəbər verir ki, təmir işl...
