İlkin Həsəninin adından dələduzluq edildi

İlkin Həsəninin adından dələduzluq edildi
Foto
Sosial 348

Aktyor və aparıcı İlkin Həsəni dələduzların qurbanı olub.

BAKU.WS xəbər verir ki, "WhatsApp" vasitəsilə adından pul yığılan məşhur bu dəfə o olub.

Kimliyi naməlum şəxs onun tanışlarına mesaj yazaraq pul istəyiblər.

Bu barədə Həsəni özü sosial şəbəkədə bildirib.

"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir və üstəlik yerli bank kartı rekvizitlərini atır" -deyə o, qeyd edib.

Xatırladaq ki, İlkin Həsəni bu dələduzların ilk qurbanı olan məşhur deyil.

Bundan əvvəl aktrisa Pərvin Abıyeva, aparıcı Mətanət Əliverdiyeva, müğənni Yeganə Mürsəlova, rəqqasə Rəna Ağamuradova və futbolçu Mahir Emerlinin də adından onların tanışlarından pul istəyiblər.

Oxşar xəbərlər

İmtahanda 700 bal toplayan məzunlar

İmtahanda 700 bal toplayan məzunlar

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-c...

168 Sosial 23:50 24 iyul 2025

Son xəbərlər