İlkin Həsənidən "Ağsaqqal"la bağlı paylaşım: Möcüzələrə inanmaqdan başqa çarəmiz yoxdur
"Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz yoxdur".
BAKU.WS xəbər verir ki, bu sözləri səhhəti pisləşərək komaya düşən aktyor Azər Baxşəliyevin həmkarı və yaxın dostu İlkin Həsəni sosial şəbəkə hesabında paylaşıb.
"Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub", - deyə İ. Həsəni paylaşımında bildirib.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev iki gün əvvəl koma vəziyyətində xəstəxanaya çatdırılıb.
Dünən axşam saatlarında onun ölüm xəbəri yayılsa da, daha sonra həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.
Oxşar xəbərlər
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
Azərbaycanda epidemik parotit (qulaqdibi) üzrə epidemioloji vəziyyət sabitdir. BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki,...