İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Yeniliklərdən dərhal xəbərdar olun
İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.
Bunu "Report"un sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.
Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:
"Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır".
AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...