İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sertifikatlı yerli toxum istehsalının artırılması və özəl sektorun toxumçuluqda rolunun genişləndirilməsi planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu günlərdə qüvvəyə minmiş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, yeni qəbul olunan "Toxumçuluq haqqında" Qanun çərçivəsində özəl şirkətlərin bu sahədə fəaliyyət imkanlarının artırılması əsas istiqamətlərdəndir.
Onun sözlərinə görə, məhsuldarlığın yüksəldilməsi üçün keyfiyyətli toxumdan istifadə mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə fermerlərin sertifikatlı toxuma çıxışının genişləndirilməsi, yerli toxum istehsalının artırılması və yerli məhsula etimadın gücləndirilməsi nəzərdə tutulur.
Nazir müavini əlavə edib ki, bazarda həm yerli, həm də idxal toxumlarından istifadə edilir. Yeni yanaşma toxum istehsalının artırılması ilə yanaşı, onların keyfiyyətinə nəzarətin gücləndirilməsini və monitorinq mexanizmlərinin genişləndirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...