İkinci infarkt birincidən daha təhlükəlidir - SƏBƏB
Kardioloqlar bildirir ki, ikinci infarkt birincidən daha ölümcül ola bilər. Onların sözlərinə görə, ilk infarkt ürək əzələsində daimi zədələnmə yaradır və ikinci insult zamanı ürəyin kompensasiya imkanları azalır.
BAKU.WS xəbər verir ki, mütəxəssislər əlavə edir ki, ikinci infarkt zamanı prossein baş verdiyi sahə daha böyük ola bilər, ürək ritmi pozula bilər və qan damarlarının vəziyyəti daha riskli olur.
Həmçinin xəstələrdə qanda xolesterol, qan təzyiqi və şəkər səviyyəsi kimi risk faktorları davam edə bilər ki, bu da vəziyyəti daha ağırlaşdırır.
Ekspertlər vurğulayır ki, ilk infarktdan sonra müalicəyə ciddi riayət etmək, həkim nəzarətində qalmaq və həyat tərzini dəyişmək ikinci infarkt riskini və ölüm ehtimalını azaltmağa kömək edir.
Oxşar xəbərlər
Sabirabadda uçan körpü yenidən tikiləcək
Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərində uçan körpü yenidən tikiləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, tə...