İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA

İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 90

"Yaxın Şərqdə davam edən müharibə və artan daşınma xərcləri Azərbaycanda yeni avtomobillərin qiymətinə təsir göstərməkdədir. İdxal xərclərinin yüksəlməsi nəticəsində yeni avtomobillərdə ötən illə müqayisədə orta hesabla 5 min manata yaxın bahalaşma qeydə alınır".

Bunu BAKU.WS-ə açqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

AQC sədri əlavə edib ki, qiymət artımı fonunda istehlakçılar daha çox ikinci əl avtomobillərə yönəlməyə başlayıblar:

"Nəticədə ikinci əl bazarında tələbat artıb və burada da bahalaşma tendensiyası müşahidə olunur. Artımın modeldən, markadan və bazardakı tələbat səviyyəsindən asılı olaraq 5-15 faiz arasında dəyişə biləcəyi proqnozlaşdırılır.

Dövlət güzəştlərinin ləğvindən sonra da ikinci əl bazarına maraq yüksək olaraq qalır. Yeni avtomobillərin qiymətində artım isə bu marağı daha da gücləndirib.

Bununla belə, bazarda rəqabətin artması qiymətlərin kəskin sıçrayışının qarşısını müəyyən qədər alır. Avtomobil sektoru artıq ölkədə ciddi biznes sahəsinə çevrilib və artan rəqabət bahalaşmanın nəzarətsiz həddə çatmasına imkan vermir.

Ötən il müşahidə olunan artım dinamikası bu il də davam edə bilər. Lakin ümumi iqtisadi şərait, enerji qiymətləri və regional sabitlik bazarın gələcək istiqamətini müəyyən edəcək əsas faktorlar olacaq".

Orxan Hüseyn

Son xəbərlər