"İki-üç aydır maşınlarımızı izləyirlər" - Azərbaycanlı TIR sürücüləri nədən narazıdırlar?
Qonşu Gürcüstandan keçməklə yük daşıyan Azərbaycan TIR-larının sürücüləri onlara yazılan yüksək məbləğli cərimələrdən narazıdırlar.
Belə ki, son aylarda qonşu ölkənin ərazisindən keçərkən yük maşınları saxlanılaraq yol kənarında texniki baxışdan keçirilir. Aşkarlanan qanun pozuntularına görə isə 5 000 lari, təqribən 1 800 ABŞ dolları məbləğində cərimə tətbiq olunur. Bu isə sürücülərin narazılığına səbəb olub.
"İki-üç aydır Azərbaycan maşınlarını izləyir, yüksək məbləğdə cərimələyirlər", - deyə sürücülərdən biri bildirib.
Sürücülər istirahət müddətinin pozulması ilə bağlı yazılan cərimələrə də etiraz edirlər. Belə ki, onlar yük maşınını saxlamaq üçün yerlərin olmadığını bildiriblər.
"Təkər partlayır, sürücü maşını saxlayıb təkərini dəyişmək istəyir, gəlib cərimə yazırlar", - başqa bir sürücü qeyd edib.
Məsələ ilə bağlı Gürcüstan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yol kənarında texniki baxışla bağlı Gürcüstan hökumətinin 2025-ci il 22 yanvar tarixli qərarı ilə qanunvericiliyə uyğun olaraq sürücünün iş və istirahət müddəti yoxlanılır, taxoqraf elektron qurğusuna baxış keçirilir, nəqliyyat vasitəsinin texniki vəziyyəti dəyərləndirilir, beynəlxalq yükdaşımalarla bağlı müvafiq sənədlərə baxılır, taxoqraf və sürət məhdudlaşdırıcı cihazın işlək vəziyyətdə olmasına diqqət yetirilir və bu kimi digər nəzarət yoxlanış tədbirləri həyata keçirilir.
Qanun pozuntusu aşkarlandığı təqdirdə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə yazılır. İlk dəfə aparılan yoxlanışla bağlı hər hansı güzəşt nəzərdə tutulmur. Cərimənin məbləği isə birinci səviyyəli qayda pozuntusuna görə 500, ikinci səviyyəli 1 000, üçüncü səviyyəli qayda pozuntusuna görə isə 5 000 lari təşkil edir. Yazılan cərimə ilə bağlı sürücünün narazılığı yarandığı təqdirdə qanun çərçivəsində Gürcüstan
Yerüstü Nəqliyyat Agentliyinə müraciət edə bilər.
Oxşar xəbərlər
Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, Xətai rayonunda, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsi tikinti ş...