III MDB Oyunlarının təhlükəsizliyi üçün FHN tədbirlər görüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizdə keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi məkanlarda və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərdə gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparırlar.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.
Bundan əlavə, III MDB Oyunlarına hazırlıq dövründə Fövqəladə Hallar Nazirliyinin strukturları tərəfindən yarışlar keçirilən şəhər və rayonlarda yerləşən mehmanxana və iaşə obyektləri, mədəniyyət, əyləncə və ticarət obyektləri, tibb müəssisələrində yanğın və texniki təhlükəsizlik mövzusunda kütləvi maarifləndirmə işləri aparılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...