IDEA məktəblilər üçün Ekopark İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib
Yeniliklərdən dərhal xəbərdar olun
IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təmsil edən 100-dən çox şagird EKOL-un Ekopark İnnovasiya Mərkəzində ekskursiyada olub.
BAKU.WS xəbər verir ki, ilk olaraq şagirdlər üçün ətraf mühitin qorunmasının əhəmiyyəti və Ekoparkda təhlükəsizlik qaydalarına dair infosessiya keçirilib.
Daha sonra onlar park ərazisində həm əyləncəli, həm də maarifləndirici ekskursiyada iştirak ediblər.
Ekskursiya çərçivəsində məktəblilər ətraf mühitin mühafizəsi, sənaye tullantılarının idarəolunması, bu istiqamətdə görülən işlər, rekultivasiya prosesi, abadlaşdırma və digər innovativ layihələrlə tanış olublar. Sonda isə şagirdlər dibçəklərə ting və güllər əkərək təbiətin yaşıllaşdırılmasına öz töhfələrini veriblər.
IDEA İctimai Birliyi planetimizin mühafizəsində gələcək nəsillərin, xüsusən də uşaqların rolunu nəzərə alaraq, onların bu sahədə maarifləndirilməsi, ekoloji dünyagörüşünün formalaşdırılması və yaradıcı ideyalarının reallaşdırılması məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...