İcra hakimiyyətində bəzi strukturlar ləğv olundu, kadrlar dəyişdi - BAŞÇI ƏMRLƏR İMZALADI
Bakının Pirallahı Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Vasif İmanov müvafiq əmrlər imzalayıb.
Belə ki, icra başçısı köməkçisi Məmmədcəfər Məmmədzadəni vəzifəsindən azad edərək, onu yeni yaradılan Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna baş məsləhətçi təyin edib. Ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri Mirağa Nağıyev isə başçının köməkçisi təyin olunub.
İcra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Babək Əliyev bu postdan kənarlaşdırılaraq, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyinat alıb.
İnformasiya təminatı və təhlili sektoru ləğv edildiyindən onun müdiri Rüfət Əhmədov da yeni yaradılan Ərazi-təşkilat məsələləri sektoruna baş məsləhətçi təyin olunub.
Struktur dəyişikliyi nəticəsində Hüquq şöbəsi ləğv edilib və onun müdiri Samir Hüseynov yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinə rəhbər təsdiqlənib.
Ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləmiş Emin Süleymanov da yeni yaradılan Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna müdir (baş memar) təyinatı alıb. Ləğv olunmuş Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Etibar Quliyev isə Hüquq və kadr məsələləri sektoruna müdir təyin edilib.
Oxşar xəbərlər
Bakıda bu ərazidə piyadalarla bağlı PROBLEM - 350 metr məsafəni...
Bakının Nərimanov və Gənclik metro stansiyaları ərazisində yerləşən Dədə Qorqud parkına piyada əlçatanlığı ilə bağlı şəhərsalma və nəqliyyat planlaşdırması baxı...