İcbari tibbi sığortada maaş limiti kəskin azaldıldı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında "Tibbi sığorta haqqında" Qanunda edilən dəyişikliklər barədə məlumat verib.
BAKU.WS xəbər verir ki, o bildirib ki, qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib:
"İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %;
-İşçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %.
Əvvəl bu məbləğ 8000 manat idi".
Oxşar xəbərlər
Avqust ayında hansı meyvələri yemək faydalıdır?
Avqust ayı meyvə baxımından ən zəngin dövrlərdən biridir və bu ay süfrəyə daxil edilən mövsümi meyvələr həm vitamin, həm də antioksidantlarla zəngin olur. BAKU...