"Hyundai" 2300 manat, İcra Hakimiyyətinin maşını 600 AZN-ə satılır (QİYMƏTLƏR)

Hyundai 2300 manat, İcra Hakimiyyətinin maşını 600 AZN-ə satılır (QİYMƏTLƏR)
Sosial 6657

Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.

BAKU.WS-in Əmək Məsələləri üzrə Dövlət Komitəsinə istinadla verdiyi məlumata görə, hərraca çıxarılan avtomobillər arasında Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin nəqliyyat vasitəsi QAZ-31029 600 AZN start qiyməti ilə satışa çıxarılır.

Azərbaycan Respublikasnın Mərkəzi Bankının Hyundai Sonata maşınına isə 2350 manat ilkin qiymət müəyyən edilib. Hərraca çıxarılan avtomobillərin sayı 5-dir.

Qeyd edək ki, 1-ci sətirdə Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

2-3-cü sətirdə Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

4-5-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)ŞahinBAKU.WS02 oktyabr 2018-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
S/NBalanssaxlayıcı müəssisənin adıAvtonəqliyyat vasitəsinin markasıBuraxılış iliStart qiyməti(manatla) 10% beh(manatla)
1.Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat KomitəsiQAZ-31029199460060
2.Azərbaycan Respublikasnın Mərkəzi BankıHyundai Sonata20042350235
3.Azərbaycan Respublikasnın Mərkəzi BankıMercedes Benz Sprinter 31420067500750
4.Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsiBMW 7302006112501125
5.Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsiBMW 7302006105001050
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər