Hüseynbala Mirələmov tərbiyə ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Hüseynbala Mirələmovu tənbeh edəcəyik.
BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev sabiq deputat və AYB üzvü Hüseynbala Mirələmov barədə təşkilatda hansı qərarın veriləcəyi haqda danışarkən deyib.
"Hüseynbala Mirələmovu tənbeh edəcəyik, tərbiyə edəcəyik", - Anar bildirib.
Xatırladaq ki, ötən həftə sabiq deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılmışdı.
Məlum videonun yayılmasından sonra o, üzvü olduğu YAP sıralarından və partiyada tutduğu vəzifədən, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qaz-neft mühəndisliyi fakültəsinin kafedra müdirliyindən çıxarılıb.
Oxşar xəbərlər
Hüseynbala Mirələmov bu YAP üzvlərinin hiddətinə səbəb olub - SİYAHI
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasının keçirilməsilə bağlı partiyanın Mətbuat xidməti açıqlama yayıb. Məlumatda deyilir: İclasda Azərbayca...